Bakı. Trend:
Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk iki yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz çempionatı 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.
Qızıl medalları yığmamıza Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, ötənilki analoji yarışda sərbəst güləşçilərimiz 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olmuşdu.