...

"Qəbələ" və "Zirə" ilk oyunlarına çıxır

İdman Materials 13 İyul 2017 12:55 (UTC +04:00)
"Qəbələ" və "Zirə" ilk oyunlarına çıxır.
"Qəbələ" və "Zirə" ilk oyunlarına çıxır

Bakı. Trend:

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “Qəbələ” və “Zirə” klubları bu gün ilk oyununu keçirəcəklər.

Trend-in məlumatına görə, “Qəbələ” - “Yaqelloniya” oyununu almaniyalı, “Astra” - “Zirə” matçını isə belaruslu hakimlər idarə edəcək.

“Qəbələ” – “Yagelloniya” (Polşa)

(Canlı, İdman Azərbaycan)
13 iyul. Bakcell Arena. Saat 21.00
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Günter Henşel, Markel Pelqrim
Dördüncü hakim: Quido Vinkmann
(Hakimlər Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

“Astra” (Rumıniya) – “Zirə”

(Canlı, CBC Sport)
13 iyul. Marin Anastasoviçi stadionu. Saat 21.30
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik
(Hakimlər briqadası Belarusdandır)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti