...

"Nə? Harada? Nə zaman?" üzrə VIII Çağırış Kuboku keçirilib (FOTO)

İdman Materials 17 İyul 2017 20:28 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun final mərhələsinə yekun vurulub.
"Nə? Harada? Nə zaman?" üzrə VIII Çağırış Kuboku keçirilib (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun finalı 15 iyulda Pullman oteldə keçirilib. Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 15 regionu və Bakını təmsil edən 50-dən artıq komanda vəsiqə qazanmışdı. Final mərhələsi çərçivəsində 3 kubok uğrunda mübarizə gedib.

Regionalar Kubokunun qalibi artıq ardıcıl üçüncü ildə də Gəncə şəhərini təmsil edən komandaya nəsib oldu. Gərgin keçən 3 turluq 36 sualdan ibarət oyunda İmişlinin “Fenomen” komandası ilə bərabər xallar yığan Gəncənin “Rekviyem” komandası əlavə suallarda rəqibindən üstün olub. Üçüncü yeri isə Goranboy məktəblilərindən ibarət “Turan” komandası tutub.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun əsas sıralamasında isə birinci yeri digər rəqiblərini qabaqlayan “Maqnat” komandası tutub. “Kapitalistlər” komandası ikinci, əsas rəqibi ilə eyni xal toplayan, lakin sual reytinqində onu qabaqlayan “United” komandası isə üçüncü yerə layiq görülüb.

Peşəkar İntellekt Liqasının 2017-ci il mövsümünə də “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kuboku çərçivəsində yekun vurulub. 6 aya yaxın davam etmiş 15 turluq marafonun qalibi Vendomat komandası olub. İkinci yeri “Prestige”, üçüncü yeri isə gərgin mübarizədən sonra “Jagermeister” komandası layiq görülüb.

Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti