...

Bakıda atıcılıq üzrə Avropa çempionatının sonuncu günü başladı

İdman Materials 3 Avqust 2017 08:17 (UTC +04:00)
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürür
Bakıda atıcılıq üzrə Avropa çempionatının sonuncu günü başladı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürür.

Trend-in məlumatına görə, çempionatın 14-cü günündə 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunacaq.

Bundan başqa dairəvi stend (skit) üzrə qarışıq komanda yarışları keçirilir.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti