...

Bakıda AZFAR Business League-ABL Cup 2017/18 çempionatının təqdimatı keçirilib (FOTO/VİDEO)

İdman Materials 19 Sentyabr 2017 13:50 (UTC +04:00)
Bakı “Business Center”də AZFAR Business League-ABL Cup 2017/18 çempionatının təqdimat mərasimi keçirilib.
Bakıda AZFAR Business League-ABL Cup 2017/18 çempionatının təqdimatı keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı “Business Center”də AZFAR Business League-ABL Cup 2017/18 çempionatının təqdimat mərasimi keçirilib.

Yarışın əsas məqsədi mini-futbolun təbliğ edilməsi və korporativ məkanda inkişafını təmin etmək, habelə əhali arasında idmana və bədən tərbiyəsinə həvəs yaratmağa kömək etməkdən ibarətdir. Yarışların təşkilinə və keçirilməsinə ümumi rəhbərlik AZFARQROUP-un dəstəyi ilə ASEP şirkəti tərəfindən həyata keçirilir. Yarışların keçirilməsi bilavasitə ABL təşkilat komitəsinə həvalə olunub.

ASEP (AZFAR Sports Events And Promotion) şirkətinin baş direktoru Andrey Sarıçev bildirib ki, ABL Cup 2017-2018 formatında və masştabda çempionat ilk dəfədir ki, Azərbaycanda keçirilir və bu yarışlar AZFARQROUP şirkətinin peşəkar meydanlarında keçiriləcək:

"ASEP şirkəti idman tədbirlərinin təşkili üzrə peşəkar fəaliyyətlə məşğuldur. Yüksək təşkilatçılıq səviyyəsinəd korporativ futbol yarışlarını keçirir. Filial və bölmələri olan iri şirkətlər daxilində yarışların keçirilməsini təşkil edir. ASEP şirkəti AZFARQROUP-un bazasında yaradılıb və mini-futbol meydançalarına malik Bakı şə Sumqayıt şəhərlərində 14 lokal və 29 stadionu olan, FİFA-nın beynəlxalq standartlarına cavab verən, yüksək xidmət səviyyəsinə malik, ən müasir infrastruktura - yeni soyunma otaqları, duş, kafe və istirahət zonaları ilə təchiz olunmuş şirkətdir. Biz ümid edirik ki, ABL Cup 2017/18 bizim ölkəmizin idman həyatında unikal bir hadisəyə çevriləcək, öz rəngarəngliyi və unikal yarışları ilə yaddaşlarda qalacaq. Bizim çox böyük planlarımız var - qadın və tələbə liqalarının yaradılması, yaxın gələcəkdə isə böyük sosial proekt olan AZFAR Uşaq Futbol məktəblərinin yaradılması layihəsini reallaşdıracağıq".

Təqdimatın açılışında menecer Tərlan Məmmədov bildirib ki, ABL CUP 2017-2018 yarışları nəinki korporativ və idman aləmində, eyni zamanda, ölkənin ictimai həyatında rezonans doğuracaq, ilin hadisəsinə çevriləcək: "Bizim əsas şüarımız "Həvəskar futbola peşəkar yanaşma" nümayiş etdirməkdən ibarətdir. Bu çempionat Azərbaycanın ən aktiv və qabaqcıl şirkətləri üçün təşkil edilib. Biznes-liqada iştirak korporativ mədəniyyətin inkişafına, korporativ daxili əlaqələrin möhkəmlənməsinə, şirkətlərin KİV-lər tərəfindən təbliğinə, korporativ həvəskar futbolun daha da inkişafına və yayılmasına, əməkdaşların idman ustalığı səviyyəsinin yüksəlməsinə, idmana və bədən tərbiyəsinə pozitiv münasibətin formalaşmaısna kömək edəcək".

Qonaqlar üçün AZFAR Business League-ABL Cup 2017/18 çempionatının promo-roliki nümayiş edilib. Çempionatın siması Azərbaycan yığmasının və "Qarabağ" komandasının oyunçusu Riçard Almeyda seçilib.

"Qarabağ" komandası ölkənin futbol tarixində ilk dəfə UEFA-nın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Layihənin koordinatoru Əli Muradov mini-futbol yarışlarında iştirak etmək istəyən komandaların qeydiyyatı, yarışların keçirilməsi formulu və ABL CUP 2017/18 yarışlarının əsas qaydaları, gələcək qaliblərə təqdim ediləcək kubok və medalları nümayiş etdirib, sponsorlar tərəfindən ən yaxşı oyunçulara veriləcək mükafatlar barədə məlumat verib.

Xüsusi olaraq ABL CUP 2017/18 yarışları üçün hazırlanmış futbol topu, habelə oyunçuların idman
formaları qonaqlara nümayiş etdirilib. Qeyd edilib ki, rəng və modellər komandaların seçiminə uyğun təklif olunacaq. Çempionatin şərtlərinə uyğun olaraq, 32 komanda 8 qrupa bölünəcək, daha sonra 1-dən 16-ya qədər olan yerlər uğrunda (qrupda 1-ci və 2-ci yerləri tutmuş komandalar) yerlər uğrunda mübarizəyə start veriləcək və 17-dən 32-yə qədər (qrupda 3-cü və 4-cü yerləri tutmuş komandalar) yarışacaq. Lahiyə çərçivəsində “payız kuboku” (oktyabr-noyabr 2017) və “yaz kuboku”(aprel-may, 2018) yarışları keçiriləcək. 2018-ci il iyun ayında fəsil qalibləri arasında superkubok uğrunda yarışlar başlayacaq.

Qeyd edilib ki, hər bir komanda və oyunçu haqqında məlumatları özündə əks etdirən çempionatın
xüsusi saytı yaradılıb: htt//www.abl.az/az. Materiallarda həm də komandaların və oyunçuların taktiki-texniki xüsusiyyətləri, keçirdiyi oyunlar haqqında anonslar, maraqlı və lazım olan məlumatlar, müxtəlif foto və video materiallar dərc ediləcək. ABL Təşkilat Komitəsi yarışlarda iştirak etmək üçün ciddi seçim aparacaq. Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri yarışlara buraxılacaq. Yarışların təşkili ilə yanaşı, pararlel olaraq, tədbirin cazibədarlığının artırılmasına yönəldilmiş pr kampaniya aparılacaq, yarışların bütün mərhələləri KİV, radio və televiziya vasitəsilə işiqlandırılacaq. Təşkilat Komitəsi əvvəlcədən KİV-ləri baş tutacaq tədbirlər barədə məlumatlandıracaq ki, bu da həm oyunlar ərəfəsində, həm də oyunlardan sonra çempionat haqqında yazıların dərc olunmasına şərait yaradacaq.

HAYAT CLİNİC tibb müəssisəsinin baş həkimi Nərmin Məmmədova qeyd edib ki, çempionat iştirakçılarına yüksək səviyyəli tibbi personal xidmət edəcək. Hər oyun zamanı operativ tibbi yardim göstəriləcək və sonrakı müalicə və reabilitasiyaya kömək edəcək peşəkar həkim komandası növbə çəkəcək.

Təqdimatda çıxış edən AZFAR QROUP-un marketinq-direktoru Azər Hüseynov və çempionatın iştirakçısı – Azərbaycanın əməkdar artisti Murad Dadaşov (komanda MGP-M Group Production) və "Amrahbank"ın komandasının baş məşqçisi, komandanın kapitanı Elvin Quliyev bildiriblər ki, bu yarış həvəskar futbolun yeni idman ənənəsinin əsasını qoyacaq, ölkənin həyatında parlaq hadisəyə çevriləcək, Biznes Liqa isə şirkətlər üçün həqiqi bayrama cevriləcək.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti