...

"Polatyol" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı olub

İdman Materials 22 Sentyabr 2017 16:23 (UTC +04:00)
"Polatyol" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı olub.
"Polatyol" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı olub

Bakı. Trend:

"Polatyol" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı olub.

Trend-in məlumatına görə, ABL Cup 2017-18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və Azfargroup-un meydançalarında keçiriləcək.

"Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş."nin Azərbaycan Respublikasındakı filialı 2007-ci ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir. Şirkət əsasən yol tikintisi və təmiri eyni zamanda su və kanalizasiya tikintisi layihələrini həyata keçirir. Mərkəzi Türkiyənin İstanbul şəhərində yerləşən firma 1975-ci ildə təsis edilib. Azərbaycanla yanaşı şirkət Gürcüstan, Qazaxstan, Qatar, Mərakeş və s. ölkələrdə də fəaliyyət göstərir.

Şirkətin əsas fəaliyyət nailiyyətləri ilə yanaşı, korporativ şirkətlər arasında keçirilən idman yarışlarında da, uğurlar əldə etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə şirkət mini-futbol üzrə öz komandasını yaradaraq, ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin təşkil etdiyi ABL Cup 2017/18 turnirində qoşulmuşdu. Komanda keçiriləcək turnirdə iştirakını səbirsizliklə gozləyir.

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti