...

Boksçumuz erməni rəqibini məğlub edib medal qazandı

İdman Materials 26 Sentyabr 2017 10:04 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda 2 bürünc medal qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Vaqif Kazımovun komandasında Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.

M.Allahverdiyev isə Pavel Platon (Moldova), Denis Lapuşanski (Belarus) və Rafael Hovannisyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/2 finalda bolqarıstanlı Daniel Lyubenova məğlub olaraq, bürünc medalla kifayətlənib.

Yığmamız komanda hesabında 12-14-cü yerləri bölüşüb. Siyahıda birinci yeri isə 7 qızıl və 2 bürünc medal qazanan Rusiya tutub.

Qeyd edək ki, birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti