Bakı. Trend:
Yaponiyada Kudo (Daidojuku) döyüş növü üzrə keçirilən 3-cü Asiya Çempionatında Azərbaycan yığmasının idmançısı Bayram Gözəlov 270 kateqoriyasında qızıl medal qazanaraq yarışların ən texnikalı idmançısı kimi də təltif olunub.
Yarışlar 15 olkənin 16 komandası ilə keçirilib. Yaponiya yığması 2 komanda heyəti ilə təmsil olunub.
Buna baxmayaraq idmançımız 2 yapon və 1 koreyalı idmançıya qalib gələrək 1-ci yerin sahibi olub.
Qeyd edək ki, Azərbaycan oyunlarda yalnız 1 idmançı ilə təmsil olunub.