...

AZFAR uşaq və gənclər futbol məktəbi "Açıq qapılar" günü keçirəcək

İdman Materials 12 Yanvar 2018 10:02 (UTC +04:00)
Bu həftədən başlayaraq, yanvar ayının sonuna qədər AZFAR uşaq və gənclər futbol məktəbi “Açıq qapılar” gününü keçirəcək.
AZFAR uşaq və gənclər futbol məktəbi "Açıq qapılar" günü keçirəcək

Bakı. Trend:

Bu həftədən başlayaraq, yanvar ayının sonuna qədər AZFAR uşaq və gənclər futbol məktəbi “Açıq qapılar” gününü keçirəcək.

Futbol məktəbinin qapıları gələcək qonaqlar üçün açıq olacaq - həm gənc futbolçularımız, həm də seçmə mərhələsində bacarığını sınamaq istəyən hər kəs futbol bayramımızda iştirak edə bilər.

"Açıq qapılar" günü çərçivəsində qonaqları məşqlər, yarışmalar, əyləncə dolu anlar gözləyir.

Seçimlərə qatılmaq üçün gənc futbolçuya mütləq lazım olan - istək və hava şəraitinə uyğun olan formanın olmasıdır. Qeyd edək ki, mərasim üstü qapalı meydançada keçiriləcək.

Qonaqlar saat 11:00-da təşrif buyura bilər. "Açıq qapılar" günü 11:30-dan start götürərək, saat 15:00-a qədər davam edəcək.

“Bakı Baş Polis İdarəsinin” arxasında yerləşən, Azfar uşaq və gənclər məktəbinin “Açıq qapılar” gününə gəlmək üçün təşkilatçılar tərəfindən təqdim edilən pulsuz avtobuslardan istifadə etmək mümkün olacaq. Pulsuz avtobuslar “28 may” və “Xətai” metro stansiyalarından, saat 10:45-də yola düşəcək. Dəqiq gediş nöqtəsi xəritədə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti