...

Azərbaycanlı gimnastlar idman gimnastikası üzrə Dünya Kubokunda finala çıxıb

İdman Materials 15 Mart 2018 18:39 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda azərbaycanlı qadın gimnastlar Marina Nekrasova və Mariya Smirnova finala çıxıb
Azərbaycanlı gimnastlar idman gimnastikası üzrə Dünya Kubokunda finala çıxıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda azərbaycanlı qadın gimnastlar Marina Nekrasova və Mariya Smirnova finala çıxıb.

Trend-in məlumatına görə, gimnastlar müxtəlif hündürlüklü qollarda finalda iştirak edəcək.

Gimnastlar təsnifat mərhələsində müvafiq olaraq 12,100 və 11,900 xal toplayıb.

Bu növdə finala həmçinin Tsziaçi Lyu və Han Lo (Çin), Yana Fyodorova (Ukrayna), Lüsiya Hribar (Sloveniya), Anna Subotina (Gürcüstan) və Nevin Deris (CAR) vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilir.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti