...

Böyükağa Hacıyev vəfat edib

İdman Materials 16 Mart 2018 12:21 (UTC +04:00)
Böyükağa Hacıyev vəfat edib.
Böyükağa Hacıyev vəfat edib

Bakı. Trend:

“Neftçi” futbol klubunun sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.

Trend-in məlumatına görə, 60 yaşlı məşqçi uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

1958-ci il aprelin 20-də dünyaya göz açmış B.Hacıyev 2011-2013 və 2014-cü illərdə "Neftçi”nin baş məşqçisi olub. Bu müddət ərzində komandaya ölkə çempionluğunu (2012, 2013) və kubokunu (2013) qazandırmış B.Hacıyev "Neftçi”ni Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldib (2012).

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti