...

Ronaldodan "Santiaqo Bernabeu"da şou: 4 qol, 1 məhsuldar ötürmə (VİDEO)

İdman Materials 19 Mart 2018 01:44 (UTC +04:00)
İspaniya futbol "La Liqa"sının 29-cu turunun son oyunları keçirilib.
Ronaldodan "Santiaqo Bernabeu"da şou: 4 qol, 1 məhsuldar ötürmə (VİDEO)

Bakı. Trend:

İspaniya futbol "La Liqa"sının 29-cu turunun son oyunları keçirilib.

Trend-in məlumatına görə, Madrid "Real"ı "Santiaqo Bernabeu"da "Cerona"nı qəbul edib.

Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:3. Madridlilərin hücumçusu Kriştiano Ronaldo oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qollar: Kriştiano Ronaldo (11, 47, 64, 90), Kristian Stüani (29), Lukas Vaskez (59), Kristian Stüani (67), Qaret Beyl (86), Xuanpe (88).

Beləliklə, "Real Madrid" xallarının sayını 60-a çatdıraraq 3-cü pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti