...

Latviyalı gimnast: Bakıda keçirilən Avropa çempionatının təşkilatçıları gülərüz və səmimidirlər

İdman Materials 15 Aprel 2018 15:22 (UTC +04:00)
Bakıda keçirilən Avropa çempionatının təşkilatçıları gülərüz və səmimidirlər
Latviyalı gimnast: Bakıda keçirilən Avropa çempionatının təşkilatçıları gülərüz və səmimidirlər

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən Avropa çempionatının təşkilatçıları gülərüz və səmimidirlər.

Bunu Trend-ə latviyalı gimnast Dmitriys Antons deyib:

O bildirib ki, təşkilat əladır:

"Çox yaxşıdır ki, çoxlu könüllülər işləyir. Mərtəbələr və tribunalar barədə çətinlik çəkəndə hər zaman kömək etməyə çalışırlar".

Gimnast həmçinin bakılı tamaşaçıları da qeyd edib:

"Mən çempionat hamıdan əvvəl çıxış edirdim, ona görə də həyəcanlı idi. Amma burada artıq ad çəkilən kimi tamaşaçılar alqışlayır və dəstəkləyirlər. Bundan sonra çıxış etmək asanlaşır".

Qeyd edək ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti