Bakı. Cani Babayeva - Trend:
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxış edən gimnastlar üçün azarkeşlərin dəstəyi çox vacibdir. Bunu Trend-ə gimnastika azarkeşi Ləman Pir deyib.
O, Milli Gimnastika Arenasında tamaşaçıların idmançıları fəal şəkildə dəstəklədiyini vurğulayıb:
"Ümid edirəm ki, gimnastlar zaldakıların onlara görə necə həyəcan keçirdiyini hiss edirlər".
Azarkeş qeyd edib ki, mütəmadi olaraq gimnastika yarışlarına gəldiyini, bu idman növünün pərəstişkarı olduğunu bildirib:
"Gimnastların çıxışına baxmaqdan zövq alıram. Buna görə də hər dəfə Milli Gimnastika Arenasında keçirilən yarışlara baxmağa gəlirəm".
L.Pir təşkilatçıların Dünya Kubokunun keçirilməsinə yanaşmasını da çox bəyənir: "Zal yarışlara tam hazır vəziyyətə gətirilib - böyük və işıqlıdır".