...

Niderlandlı pilot: "Bakı mənim üçün uğurlu şəhərdir"

İdman Materials 29 Aprel 2018 15:43 (UTC +04:00)
"Bakı mənim üçün uğurlu şəhərdir. Artıq ikinci dəfədir ki, Bakıdan qalib ayrılıram".
Niderlandlı pilot: "Bakı mənim üçün uğurlu şəhərdir"

Bakı. Elçin Mehdiyev – Trend:

"Bakı mənim üçün uğurlu şəhərdir. Artıq ikinci dəfədir ki, Bakıdan qalib ayrılıram".

Bunu Trend-ə Bakıda FIA Formula 2 pilotlarının ikinci yarışında üçüncü yerin sahibi, "PERTAMINA PREMA Theodore Racing"dən niderlandlı Nik de Vries deyib.

N.Vries Bakını çox bəyəndiyini deyib: “Bakı mənim çox xoşuma gəlir. Həmişə Bakı haqqında xoş xatirələrim olacaq. İnsanları çox mehribandır, həqiqətən də gözəl şəhərdir. Ötən il də Bakıda qalib olmuşdum - ikinci yeri qazanmışdım. Bakı mənim üçün uğurlu şəhərdir".

Pilot gələn il də Bakıya gələcəyimə ümid etdiyini bildirib.

Qeyd edək ki, aprelin 27-dən Bakıda Formula 1 yarışlarına start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti