ABL Yaz Kuboku 2017/18 yarımfinal oyunları: final uğrunda sərt mübarizə və videotəkrar sistemi (VİDEO, FOTO)

ABL Yaz Kuboku 2017/18 yarımfinal oyunları: final uğrunda sərt mübarizə və videotəkrar sistemi  (VİDEO, FOTO)

Bakı. Trend:

Mayın 20-də ABL Yaz Kuboku 2017/18 turnirinin yarımfinal qarşılaşmaları və prestij xalları uğrunda mübarizə aparan komandaların növbəti matçları oynanılıb.

Trend-in məlumatına görə, səbirsizliklə gözlənilən yarımfinal qarşılaşmaları gərgin mübarizə, bəzən kobudluğa çevrilən sərt oyun və şübhəsiz ki, qalib komandaların sevinci və məğlubların təəssüf hissləri ilə yadda qalıb.

Yarımfinal qarşılaşmalarında Payız Çempionu “Azərsun” ilə “Polat Yol” və ötən ilin bürünc mükafatçısı “Universal” ilə pley-offa ilk dəfə vəsiqə qazanaraq yarımfinala qədər irəliləyən “Azergold” üz-üzə gəliblər.

“Azərsun” – “Polat Yol” 4-1

Qarşılaşma gözlənildiyi kimi çox gərgin və sərt mübarizə şəraitində keçib. İlk dəqiqələrdən hər iki komanda hücüma atılsa da, əlinə düşən fürsətləri reallaşdıran “Azərsun” 7-ci və 8-ci dəqiqələrdə vurduğu qollarla 2-0 önə keçib. Eyyub Əfəndiyevin imza atdığı ilk qolun ötürməsini verən Eşqin Tağıyev ikinci qolun müəllifi olub. Ruhdan düşməyən “Polat Yol” 15-ci dəqiqədə Aleksandr Mehtiyevin qolu ilə fərqi azalda bilib. Finala çıxmaq istəyi meydançada sərt mübarizəyə, kobudluğa da səbəb olub və oyunçular hətta hakimlərin qərarlarına da etiraz etməkdən çəkinməyiblər.

İkinci hissədə oyun daha da sərtləşib. 43-cü dəqiqə rəqibini əks hücumda yaxalayan “Polat Yol” hücüm xəttindəki futbolçunu ara pası ilə topla təmin edib. “Azersun”un müdafiəçisi Vasif İsmayılov qapıçı ilə təkbətək çıxmaqda olan rəqib hücumçunu yıxaraq qaydanı kobud şəkildə pozub. O, ikinci sarı kartı alaraq meydanı tərk edib və komandasını azlıqda qoyub. Say üstünlüyü əldə edən “Polat Yol” hesabı bərabərləşdirmək üçün irəli atılıb, lakin azlıqda olan “Azərsun” sürətli əks hücüm təşkil edib və Eyyub Əfəndiyevin qolu sayəsində hesabdakı fərqi artırıb. Qoldan bir az sonra əsəblərini cilovlaya bilməyən “Polat Yol”un oyunçusu Müşviq Qənbərov rəqibə qarşı kobudluq edib və o da qırmızı kartla cəzalanıb. Son saniyələrdə “Polat Yol”un müdafiəçisi Arslan Quliyev adi vəziyyətdə topu itirib və topu ələ keçirən “Azərsun”un oyunçuları qapıçı ilə üzbəüz qalıblar. Növbəti qolunu vuran Eyyub Əfəndiyev het-trik edərək qarşılaşmada son nöqtəni qoyub, həmçinin turnirdəki qollarının sayını 27-yə çatdırıb.

Matçdan sonra qalib komandanın kapitanı Tohid Ağapur matç haqqında və qarşıdakı final haqqında fikirlərini bölüşüb: “Hər kəs sevinclidir. Oyun çətin keçdi, sıxıntılarımız oldu. Hakimlərin qərarlarından narazıyıq, iki epizodda rəqibə qırmızı vərəqə verilməli idi. Bu cur yalnış qərarlar dəfələrlə baş verib. Hakimlərin səviyyəsinin yüksəldilməsini istərdik. Final qarşılaşması çətin olacaq. Finala çıxan komandaların hər ikisi yaxşıdır və güclüdür. Layiq olan qalib gəlsin”.

“Universal” – “Azergold” 6-1

Komandaların fəal başladıqları matçın 3-cü dəqiqəsində “Universal” hündürboylu və fiziki cəhətdən güclü olan hücumçu Cavid İsmayılovun qolu ilə hesabı açıb. Maraqlıdır ki, “Azergold” bu hücumçunu zərərsizləşdirmək vəzifəsini ondan boyca kiçik olan Ceyhun Mürşüdlüyə tapşırıb. Cavid İsmayılov da məhz hava toplarında üstünlüyü sayəsində çoxlu təhlükəli epizodlar yaradıb. İlk hissədə “Universal”da Xətai Bağırov və 18 yaşlı Əsgər Hümbətov da hərəyə bir qol vurublar və qarşılaşmanın ilk yarısı 3-0 hesabı ilə tamamlanıb. İkinci hissədə də üstünlüyü əldən verməyən “Universal”da Cavid İsmayılov daha iki dəfə, Xətai Bağırov isə bir dəfə fərqəniblər, “Azergold” isə Arif Əliyevlə yalnız bir prestij qolu vurmağa nail olub. Matçın ən yaxşı oyunçusu üç qol və iki ötürmə ilə Cavid İsmayılov olub. Beləliklə, keçən il Payız Kubokunda 27-ci yeri tutan “Azergold” məğlub olsa da inanılmaz bir yüksəlişlə Yaz Kubokunun ən yaxşı dörd komandası arasına daxil olmağı bacarıb.

Matçdan sonra “Universal”ın kapitanı Zaur Şirməmmədov bildirib: “Çətin və aqressiv bir matç oldu. Güclü komandayıq və finalda qalib gələcəyimizə ümid edirik. Kuboku qazanmağa çalışacağıq. Keçən il yarımfinalda “Azərsun”a böyük hesabla məğlub olmuşduq. Bunun səbəbi bizim tədbirdən çıxıb birbaşa oyuna getməyimiz idi və oyunun ikinci hissəsində bu öz təsirini göstərmişdi. Bu il isə eyni səhvi təkrarlamaq istəmirik”.

Beləliklə, finalda “Azərsun”la “Universal” üz-üzə gələcək. Xatırladaq ki, bu komandalar ötən il Payız Kubokunun yarımfinalında qarşılaşıblar və həmin matçda “Azərsun” 7-0 hesabı ilə qalib gəlib.

3-cü yer uğrunda matçda isə “Polat Yol” və “Azergold” oynayacaq.

Daha bir maraqlı qarşılaşma 5-8-ci yerlər uğrunda oynanılıb.

“Təmiz şəhər” – “Az Logistika” 8-5

Çox baxımlı matçda komandalar açıq hücum futbolu nümayiş etdiriblər. Azər Nəbiyev-Əli Əlizadə-Səbuhi Həsənov üçlüyünun gözəl oyunu sayəsində “Təmiz şəhər” 3-0 önə keçib. “Az Logistika” ən fəal oyunçusu Toğrul İsmayılovun və Rafiq Zamanovun qolları ilə fərqi minimuma endirib. Maraqlıdır ki, Toğrul İsmayılovun qolu video görüntülərə baxıldıqdan sonra hesaba alınıb. Belə ki, onun zərbəsindən sonra top qapı tirinə dəyərək yerə düşüb. Yalnız video görüntülərə baxdıqdan sonra topun qapı xəttini keçdiyi müəyyən edilib və qol hesaba alınıb. İkinci hissədə Toğrul İsmayılov hesabı bərabərləşdirib və komandasını ümidləndirib. Bundan sonra “Təmiz şəhər” komandasının sanki ikinci nəfəsi açılıb. Sağ cinahdan təşkil edilən sürətli əks hücümu əvvəlcə Səbuhi Həsənov uzaqdan zərbə ilə qola çevirib və yenidən komandasını önə keçirib. Qoldan sonra oyunçu dəyişikliyini həyata keçirən “Təmiz şəhər”də meydana ehtiyat qapıçı Arif Zalov daxil olub və o sağ müdafiəçi mövqeyinə keçib. Ard-arda iki dəfə sağ cihandan hücüma qoşulan Arif Zalov bir-birinə bənzəyən uzaqdan zərbələrlə üç dəqiqə ərzində iki qol vurub. Bundan sonra sıra texnikalı oyunu ilə diqqət çəkən Əli Əlizadəyə çatıb. İki qola imzan atan Əli Əlizadə het-trik edib. “Az Logistika” bütün bunlara iki qolla cavab verib. Nəticədə Toğrul İsmayılov het-trik, Rafiq Zamanov isə dubl ediblər.

17-20-ci yerlər uğrunda oyunlar

“KATV1” – “Buta Palace” 4-8

“Buta Palace” matç boyu üstün oynayıb və bu üstünlük hesabda öz əksini tapıb. Aramsız hücumlarla keçən oyunda “Buta Palace”da Emin Rəhimov və Murad Cəfərov het-trik ediblər, “KATV1”də isə Ceyhun Hüseynli və Xaliq Hüseynov hərəyə iki qol vurublar.

“İteca Caspian LLC” – “Smart Systems Technology” 0-3

Məğlubiyyətə baxmayaraq, “İteca Caspian LLC” ən azı rəqibi qədər topa sahib olub və çoxlu sayda qol imkanları yaradıb. Lakin “Smart Systems Technology”nin qolkiperi Ruslan Vəliyev inanılmaz oyunu ilə qapıya gələn bütün topları dəf edib. “Smart Systems Technology”nin iki qolunu İslam İsmayılov vurub.

21-24-cü yerlər uğrunda oyun

“R.İ.S.K. Company” – “Təhsil Nazirliyi” 4-7

Qarşılaşmada gah bir, gah digər tərəf hesabda önə keçib və ilk hissəni “Təhsil Nazirliyi” 3-2 öndə tamamlayıb. İkinci hissədə “R.İ.S.K. Company” hesabı 3-3 etsə də, sonrakı dəqiqələrdə Azər Nəsirovun üç qolu sayəsində “Təhsil Nazirliyi” yenidən önə keçib. Daha sonra komandalar hərəyə bir qol vuraraq matçın yekun nəticəsini müəyyənləşdiriblər – 4-7. Maraqlıdır ki, oyunda vurulan 11 qolun hamısında hər iki komandadan iki oyunçu iştirak edib. “R.İ.S.K. Company”də Nizami Namazov iki qol və iki ötürmə, Arzuman Hüseynov iki qol və bir ötürmə, “Təhsil Nazirliyi”ndə Azər Nəsirov poker və bir ötürmə, İsgəndər Ağakişiyev het-trik və bir ötürmə ilə oynayıb.

25-28-ci yerlər uğrunda oyun

“TreMiDa Press” – “ATL Tech” 1-5

Günün son qarşılaşmasında “ATL Tech” boyükhesablı qələbə qazanıb. “TreMiDa Press” komandasında oyunu üzərinə götürə bilən lider oyunçunun olmaması gözə çarpıb. “ATL Tech” isə rəqibə nisbətən daha sürətli futbol numayiş etdirib və 5-1 hesabı ilə qalib gəlib.

Oyunların nəticələri və statistik göstəriciləri haqqında ətraflı məlumatı Biznes-liqanın rəsmi www.abl.az saytından ala bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Qubada ağır yol qəzası baş verib, ölənlər var
Qubada ağır yol qəzası baş verib, ölənlər var
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
Xəzər dənizində zəlzələ qeydə alınıb
Xəzər dənizində zəlzələ qeydə alınıb
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib
Fransanın səfiri Minskin tələbi ilə Belarusu tərk edib
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib
Zəfər xronikası 18 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb (VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
Almaniyada helikopter qəzaya uğrayıb
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var
Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Prezident İlham Əliyev: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO)
Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar
Prezident İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub
Prezidenti İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub (FOTO)
Prezident İlham Əliyev: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib
Prezident İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz
Prezident İlham Əliyev: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
Prezident İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı
Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı
Prezident İlham Əliyev: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
Prezident İlham Əliyev: 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar (FOTO)
Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb (FOTO)
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Bütün xəbərlər