Bakı. Trend:
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
AFFA-dan Trend-ə verilən məlumata görə, Riçard Almeyda zədəli olduğu üçün millinin hazırlıq prosesini tərk etməli olub.
Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq.