...

Pauerliftinq üzrə beynəlxalq turnirdə qadın idmançımız birinci oldu (FOTO)

İdman Materials 29 May 2018 10:55 (UTC +04:00)
Mayın 28-də “Zirvə” idman zalında Pauerliftinq üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə beynəlxalq turnirə start verilib.
Pauerliftinq üzrə beynəlxalq turnirdə qadın idmançımız birinci oldu (FOTO)

Bakı. Trend:

Mayın 28-də “Zirvə” idman zalında Pauerliftinq üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə beynəlxalq turnirə start verilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 gün davam edəcək yarışda müxtəlif çəki dərəcələrində 250-dən çox yerli və xarici idmançı gücünü sınayır.

Artıq yarışın ikinci günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz qadınlar arasında ştanqı sinədən qaldırma (benç-press), oturub-durma (squat) və qurşağadək dartma (dedlift) hərəkətlərində ümumilikdə 295 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medallarını qazanıb.

Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti