...

“Tottenhem” ABŞ-da “Roma"nı darmadağın etdi

İdman Materials 26 İyul 2018 08:07 (UTC +04:00)
ABŞ-da Beynəlxalq Çempionlar Kuboku çərçivəsində keçirilən görüşdə İngiltərənin “Tottenhem” klubu İtaliyanın “Roma” klubunu 4:1 hesabı ilə məğlub edib
“Tottenhem” ABŞ-da “Roma"nı darmadağın etdi

Bakı. Tural Turan - Trend:

ABŞ-da Beynəlxalq Çempionlar Kuboku çərçivəsində keçirilən görüşdə İngiltərənin “Tottenhem” klubu İtaliyanın “Roma” klubunu 4:1 hesabı ilə məğlub edib. Trend-in məlumatına görə, oyunun taleyi birinci hissədə həll olunub.

Belə ki, hesabı “Roma”nın hücumçusu P.Şik 3-cü dəqiqədə açıb. Buna cavab olaraq, “Tottenhem”in ispaniyalı hücumçusu F.Lyorente 9-cu və 18-ci dəqiqələrdə dubl edib. 28-ci və 44-cü dəqiqələrdə “Tottenhem”in braziliyalı yarımmüdafiəçisi Lukas Moura komandasının üstünlüyünü bir az da möhkəmləndirib.

Yoldaşlıq xarakteri daşıyan turnirdə "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Liverpul", "Tottenhem" və "Mançester Siti", "Real Madrid", "Atletiko" və "Barselona", "Roma" və "Milan", "Borussiya"," Lion " və "PSJ", eləcə də “Benfika" klubları çıxış edir.

Matçların əsas hissəsi ABŞ-da keçirilir. Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Oyunun əsas vaxtı heç-heçə ilə başa çatarsa, qalib penalti zərbələrində müəyyənləşdirilir. Qalib komanda iki xal, məğlub olan isə bir xal qazanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti