...

Ramil Quliyev 200 metr məsafəyə qaçışda yüngül atletika üzrə Avropa çempionu olub

İdman Materials 10 Avqust 2018 00:12 (UTC +04:00)
Türkiyəli idmançı Ramil Quliyev Belrində yüngül atletika üzrə Avropa çempionu olub
Ramil Quliyev 200 metr məsafəyə qaçışda yüngül atletika üzrə Avropa çempionu olub

Bakı. Trend:

Türkiyəli idmançı Ramil Quliyev Belrində yüngül atletika üzrə Avropa çempionu olub.

Trend-in məlumatına görə, Ramil Quliyev 200 metr məsafəyə qaçışda 19,79 saniyə nəticə göstərərək birinci olub.

İkinci yeri Britaniya təmsilçisi Netanel Mitçel-Bleyk (20,04), üçüncü yeri isə İsveçrə təmsilçisi Aleks Uilson (20,04) tutub.

Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti