...

"Sumqayıt" və "Zirə"nin stadionlarının süni ot örtüyü təbii otla əvəzlənir

İdman Materials 30 Avqust 2018 15:57 (UTC +04:00)
"Sumqayıt" və "Zirə"nin stadionlarının süni ot örtüyü təbii otla əvəzlənir.
"Sumqayıt" və "Zirə"nin stadionlarının süni ot örtüyü təbii otla əvəzlənir

Bakı. Trend:

"Sumqayıt" və "Zirə" futbol klublarının ev oyunlarını keçirdiyi stadionların süni ot örtüyü təbii otla əvəzlənir.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, assosiasiyanın "Grow 2020" inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir.

AFFA tərəfindən “Sumqayıt” FK-nın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın süni ot örtüyü təbii ot örtüyü ilə əvəzlənir və stadion ərazisində təbii örtüklü yeni məşq meydançası inşa olunur.

Həmçinin “Zirə” FK-nın ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunda süni örtüklü meydançanın yerinə təbii örtüklü meydança inşa edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti