Bakı. Tural Turan - Trend:
Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda “Tottenhem” “Barselona”nı qəbul edib və 2:4 hesabı ilə məğlub olub. Trend-in məlumatına görə, görüşdə “Barselona”dan qolları Koutinyo, Rakitiç və Messi (2) vurub, meydan sahiblərinin heyətində isə Keyn və Lamela fərqlənib.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Atletiko Madrid – Brügge 3:1
Borussiya Dortmund – Monako 3:0
Portu – Qalatasaray 1:0
Napoli – Liverpul 1:0
PSV – İnter 1:2