...

“Qarabağ” - “Vorskla” oyununu israilli hakimlər idarə edəcək

İdman Materials 22 Oktyabr 2018 13:18 (UTC +04:00)
“Qarabağ” - “Vorskla” oyununun hakimləri açıqlanıb.
“Qarabağ” - “Vorskla” oyununu israilli hakimlər idarə edəcək

Bakı. Trend:

“Qarabağ” - “Vorskla” oyununun hakimləri açıqlanıb.

Trend-in məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də, saat 20:55-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - “Vorskla” (Ukrayna) oyununu israilli hakimlər idarə edəcək.

Matçın baş hakimi Roy Raynşrayber, baş hakimin köməkçiləri Danni Krasikou, David Elias Bitton, dördüncü hakim Amihay Yehoşua Mozes, əlavə köməkçi hakimlər Alon Yefet, Daniel Bar Natan olacaq.

Sergey Zuev (Rusiya) hakim-inspektor, Kazimyerz Olesjek (Polşa) isə UEFA nümayəndəsi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti