...

Badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazandı (FOTO)

İdman Materials 29 Oktyabr 2018 06:49 (UTC +04:00)
Misirin paytaxtı Qahirə şəhərində badminton üzrə "Egypt International 2018" turnirinə yekun vurulub.
Badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazandı (FOTO)

Bakı. Trend:

Misirin paytaxtı Qahirə şəhərində badminton üzrə "Egypt International 2018" turnirinə yekun vurulub.

Trend-ə Azərbaycan Badminton Federasiyasının mətbuat katibliyindən verilən məlumata əsasən, ölkəmizi turnirdə badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edib.

Mübarizəyə əsas mərhələdən start verən Edi Reski Dviçayo ilk görüşünü Yunanıstan təmsilçisi İlias Xansouya qarşı keçirib.Oyunun ilk setində hesab 9:4 Edinin xeyrinə olarkən Xansou ayağından zədə alıb. Texniki qələbə ilə 1/8 finala yüksələn Dviçayo burada Macarıstan badmintonçusu Gerqo Pitelə 2:0 (21-6,21-14) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/4 finalda Mavriki Respublikası təmsilçisi, yarışın bir nömrəli reytinq favoriti Julyen Polu 2:0 (21-14,21-18) hesabı ilə məğlub edib. Yarımfinalda çexiyalı Milan Ludik üzərində 2:0 (21-16,21-8) hesablı qələbə qazanan Edi finalda macarıstanlı Gergeli Krauza da set vermədən qalib gəlib. 2:0 (21-16,21-16)

Beləliklə, Edi kişilərin şəxsi yarışında "Egypt International 2018" turnirinin qalibi adını qazanıb. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhnoni cütü kişilərin qoşa yarışında da uğurlu çıxışla yadda qalıb.1/4 finalda Pakistan (Anjum Bəşir/Şahmer İltikhar) ardınca Misir (Əhməd Salah/Əbdülrəhman Əbdülhakim) badmintonçularına 2:0 hesabı ilə qalib gələn Edi və Ezmi həlledici final qarşılaşmasında misirli Əli Əhməd Əl Xateb və malaziyalı Yogendran Krişnan cütünə 2:1 (18-21,21-15,21-18) hesabı ilə qalib gələrək kişilərin qoşa yarışında qızıl medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti