...

Metropolitençilərin idman spartakiadası başa çatıb (FOTO)

İdman Materials 5 Dekabr 2018 20:09 (UTC +04:00)
Bakı Metropoliteninin “Nərimanov” elektrik deposunda Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı 6 idman növü üzrə ənənəvi spartakiada başa çatıb.
Metropolitençilərin idman spartakiadası başa çatıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin “Nərimanov” elektrik deposunda Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı 6 idman növü üzrə ənənəvi spartakiada başa çatıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şahmat, dama, stolüstü tennis, nərd, voleybol və mini futbol üzrə təşkil edilən idman spartakiadada qaliblər müəyyənləşib.

Şahmat üzrə yarışda deponun elektrik təchizatı xidmətinin elektrik mexaniki Ayaz Qocayev, damaçılar arasında tunel qurğuları xidmətinin rəngsazı Ramil Salahov, stolüstü tennis turnirində elektromexanika xidmətindən mühəndis texniki qurğular dispetçeri Fərhad Məmmədov, nərd yarışında hərəkət xidməti stansiya rəisinin müavini Telman Vəliyev, voleybol komandalarının final yarışında dəmir yolunun tikintisi və əsaslı təmiri dəstəsinin komandası 1-ci yerə çıxıb.

Mini futbol turnirinin həlledici matçlarına da yekun vurulub. Depolar üzrə iş və hərəkət qatarlarının istismarı üzrə iş departamentlərinin işçilərindən ibarət kollektiv qalib olub.

Ümumi komanda hesabında depolar üzrə iş və hərəkət qatarlarının istismarı üzrə iş departamentlərinin kollektivi yarışın qalibi olub.

Spartakiadada 206 idmançı qüvvəsini sınayıb.

Yarış iştirakçıları mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti