...

İngiltərə Premyer Liqası: Turun mərkəzi görüşü başa çatıb (VİDEO)

İdman Materials 9 Dekabr 2018 00:25 (UTC +04:00)
Londonun “Çelsi” komandası İngiltərə Premyer Liqasının 16-cı turunda “Mançester Siti”yə qalib gəlib.
İngiltərə Premyer Liqası: Turun mərkəzi görüşü başa çatıb (VİDEO)

Londonun “Çelsi” komandası İngiltərə Premyer Liqasının 16-cı turunda “Mançester Siti”yə qalib gəlib.

Trend-in məlumatına görə, Londonun “Stemford Bridc” stadionunda keçirilən matç 2:0 ev sahiblərinin xeyrinə bitib. Qolların müəllifi Kante (45) və David Luiz (78) olub.

41 xal yığan “Mançester Siti” turnir cədvəlində ikinci, “Çelsi” 31 xalla üçüncü yerdə qərarlaşıb.

Turun digər oyunları bu cür nəticələnib:

Bornmut – Liverpul 0:4

Arsenal – Haddersfild 1:0

Börnli – Brayton 1:0

Kardiff – Sauthempton 1:0

Mançester Yunayted- Fulhem 4:1

Vest Hem – Kristal Palas 3:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti