...

Ronaldo "Globe Soccer Awards"un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib

İdman Materials 3 Yanvar 2019 23:51 (UTC +04:00)
"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo "Globe Soccer Awards"un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu adına laiq görülüb.
Ronaldo "Globe Soccer Awards"un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib

Bakı. Trend:

"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo "Globe Soccer Awards"un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu adına laiq görülüb.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimi Dubayda keçirilib. Qeyd edək ki, futbolçu bu mükafatı sayca beşinci dəfə alır, bu da rekord göstəricidir.

Mərasimdə həmçinin bir neçə başqa nominasiya üzrə də mükafatlar verilib:

"Ən yaxşı məşqçi karyerası" - Fabio Kapello

"İlin ən yaxşı qolu" - Ronaldonun ÇL-nın 1/4 finalında "Yuventus"un qapısına vurduğu qol

"İlin futbol klubu" - "Atletiko Madrid"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti