Bakı. Tural Turan - Trend:
İspaniya La Liqasında 18-ci turunda “Sevilya” doğma meydanda Madridin “Atletiko” komandasını qəbul edib. Trend-in məlumatına görə, oyun 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri açıb, 37-ci dəqiqədə Ben Yedder fərqlənib. Lakin elə birinci taymda Qrizman cərimə zərbəsindən vurduğu qolla tarazlığı bərpa edib.
Beləliklə, “Sevilya” 33 xalla 3-cü, “Atletiko” isə 35 xalla 2-ci pillədə məskunlaşıb.