...

Xüsusi Olimpiya Oyunlarında ilk dəfə süni intellekt tətbiq olunacaq

İdman Materials 7 Mart 2019 15:55 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Olimpiya Oyunlarında tədbirin uğurlu təşkili üçün ilk dəfə süni intellekt tətbiq olunacaq
Xüsusi Olimpiya Oyunlarında ilk dəfə süni intellekt tətbiq olunacaq

Bakı. Ləman Zeynalova - Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Olimpiya Oyunlarında tədbirin uğurlu təşkili üçün ilk dəfə süni intellekt tətbiq olunacaq.

Trend-in məlumatına görə, bunu Oyunların süni intellekt üzrə baş direktoru Yusif əl-Hammadi deyib.

O bildirib ki, oyunlar müddətində ən yeni texnologiyaların istifadəsini təmin edəcək xüsusi komanda yaradılacaq.

Y.əl-Hammadinin sözlərinə görə, tədbir zamanı təşkilat komitəsi ilə iştirakçılar arasında rabitə vasitəsi kimi smartfonlardan istifadə olunacaq.

O əlavə edib ki, idmançılara “ağıllı” saatlar təqdim olunacaq: ”Süni intellekt texnologiyaları məlumatların təhlili və tamaşaçılara daha yaxşı xidmətlərin göstərilməsi üçün istifadə olunacaq”.

Qeyd edək ki, Xüsusi Olimpiya Oyunlarının açılış mərasimi martın 14-ü, Əbu-Dabinin “Zayed Sport Siti” kompleksində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti