Bakı. Trend:
Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.
Trend-in məlumatına görə, komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Matçın baş hakimi Adam Farkas, onun köməkçiləri: Balazs Szert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, dördüncü hakim isə Nikolay Voloşin (hər ikisi Rusiya) olacaq.
Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib.