...

Gimnastımız Səməd Məmmədli beynəlxalq turnirdə bürünc medal qazandı

İdman Materials 8 Aprel 2019 09:09 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” adlı beynəlxalq turnirin qaliblərinin adları müəyyənləşib.
Gimnastımız Səməd Məmmədli beynəlxalq turnirdə bürünc medal qazandı

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” adlı beynəlxalq turnirin qaliblərinin adları müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 26 ölkədən 140 gənc gimnastın toplaşdığı turnirdə ölkəmizi təmsil edən, Yeniyetmələrin Olimpiya Oyunları 2018-in iştirakçısı Səməd Məmmədli həmyaşıdları arasında fərqlənərək, bürünc medala layiq görülüb. Gimnastımızın dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndirib. Səməd turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.

Digər təmsilçimiz Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastımız 12.200 xalla yarışı 4-cü yerdə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti