...

Bakcell şirkəti para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı oldu

İdman Materials 11 Aprel 2019 02:24 (UTC +04:00)
Bakcell şirkəti 13-14 may tarixlərində Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olub.
Bakcell şirkəti para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı oldu

Bakı. Trend:

Bakcell şirkəti 13-14 may tarixlərində Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olub.

Bakcell-dən Trend-ə verilən məlumata görə, şirkət ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi arasında bu barədə razılıq əldə edilib.

Razılığa əsasən, Bakcell şirkəti yarışların rəsmi tərəfdaşı olaraq tədbirin keçirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, may ayında Bakıda keçiriləcək yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.

“Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışlarda ölkəmizi 23 idmançı təmsil edəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti