...

Şarl Lekler: Bakı trası mənim ən sevdiyim traslardandır

İdman Materials 23 Aprel 2019 18:02 (UTC +04:00)
Bakı trası mənim ən sevdiyim traslardandır
Şarl Lekler: Bakı trası mənim ən sevdiyim traslardandır

Bakı. Trend:

Bakı trası mənim ən sevdiyim traslardandır.

Trend-in məlumatına görə, bunu “Ferrari” pilotu, monakolu Şarl Lekler deyib.

O bildirib ki, Bakıda həmişə uğurla çıxış edib:

“Mən burada “Formula 2”də qalib olmuşam və fəxri kürsüyə çıxmışam. Bundan başqa, ötən il “Formula 1” yarışlarında burada ilk xallarımı qazandım”.

Pilot əlavə edib ki, Bakıda çox sadə bir qaydanı rəhbər tutmaq lazımdır - diqqətini heç vaxt itirmə, yeganə səhv nəticəsində divara çırpılacaqsan:

“Mən bu trasda bolidi idarə etməkdən zövq alıram. Xüsusən də qala divarları yaxınlığında çətin döngələri sevirəm. Bu tras, həqiqətən də unikaldır. Digər Qran-prilərdə buna oxşar bir şey yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti