...

Bakıda F2-də növbəti zəncirvari qəza – Daha 3 pilot yarışdan çıxdı (FOTO)

İdman Materials 28 Aprel 2019 14:12 (UTC +04:00)
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir zəncirvari qəza baş verib.
Bakıda F2-də növbəti zəncirvari qəza – Daha 3 pilot yarışdan çıxdı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, pilotlar Nikita Mazepin (ART Grand Prix), Cordan Kinq (Motorsport) və Luka Qiotto (UNI-Virtuosi) dönmə zamanı səkiyə çırpılıblar. Hər üç pilot mübarizəni yarımçıq dayandırıb.

Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti