...

Macarıstan üçlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-nın qızıl medalını qazanıb

İdman Materials 26 May 2019 18:45 (UTC +04:00)
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında böyüklər arasında üçlük proqramında qaliblər müəyyənləşib.
Macarıstan üçlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-nın qızıl medalını qazanıb

Bakı. Trend:

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında böyüklər arasında üçlük proqramında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, qızıl medalı Macarıstan üçlüyü (22.411 bal), gümüş medalı Rusiya idmançıları (ikinci komanda, 22.366 bal), bürüncü medalı isə macarıstanlı gimnastlar (ikinci komanda, 22.133 bal) qazanıblar.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti