...

Baş məşqçi: Akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı gənc gimnastlara yarış təcrübəsi öyrədir

İdman Materials 8 İyun 2019 17:19 (UTC +04:00)
Akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı gənc gimnastlara böyük yarış təcrübəsi öyrədir.
Baş məşqçi: Akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı gənc gimnastlara yarış təcrübəsi öyrədir

Bakı. Cani Babayeva - Trend:

Akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı gənc gimnastlara böyük yarış təcrübəsi öyrədir.

Trend-in məlumatına görə, bunu kişi idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev deyib.

Baş məşqçi bildirib: "Yarış çox gözəl keçir, ümid edirik ki, travma olmadan ötüşəcək. Yığma üzvləri ilə yeni elementləri icra edirik. Bunu proqrama daxil edəcəyik. Yarışlarda 2012-ci il təvəllüdlü və daha yuxarı yaş qrupundan olan gimnastlar iştrirak edir. Bu yarışlar gənc gimnastlara böyük yarış təcrübəsi öyrədir. Gələcəkdə daha çox belə yarışlarının keçirilməsini planlaşdırırıq".

Qeyd edək ki, Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb.

2 gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verir.

İştirakçılar yarışlar ərzində “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar”, “balacalar” və “kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Akrobatlar isə “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti