...

İdman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu

İdman Materials 9 İyun 2019 22:04 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub
İdman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu

Bakı. Cani Babayeva - Trend:

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub.

Trend-in məlumatına görə, çoxnövçülüyün (balans, temp və kombinasiya edilmiş hərəkətlər) nəticələrinə əsasən “balacalar” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Hüseyn Mustafazadə (45.850 xal, "Ocaq Sport") tutub, ikinci yerdə Məhəmməd Rüstəmzadə (45.100 xal, Bakı gimnastika məktəbi), üçüncü yerdə isə Mikayıl Səttərov (43.750 xal, Bakı gimnastika məktəbi) qərarlaşıb.

Çoxnövçülüyün nəticələrinə əsasən “balacalar” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Lalə Zamanlı göstərib (39.366 xal), ikinci yeri Leyla Məmmədzadə (38.132 xal), üçüncü yeri isə Albina Əliyeva (38.132 xal) tutub. Gimnastlar "Ocaq Sport" klubunu təmsil edirlər.

Çoxnövçülüyün nəticələrinə əsasən “kiçiklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Ruslan Əliyev (42.200 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Emil Cəbrayılzadə (41.950 xal, Sumqayıt) tutub.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatında "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyalarında qaliblər müəyyən edilib.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbini, "Ocaq Sport" Klubunu, "Neftçi" İdman klubunu, Nizami rayonu idman məktəbini, Sumqayıt və Balakəni təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti