Bakı. Trend:
Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Enrike istefa verib.
Trend-in məlumatına görə, məşqçi ilə İspaniya Kral Futbol Federasiyası müqaviləyə qarşılıqlı razılaşma ilə xitam veriblər.
Qeyd olunur ki, məşqçi şəxsi məsələlərlə əlaqədar işini davam etdirə bilməyəcəyini deyib.
O, 2018-ci ilin iyulunda milli komandanın baş məşqçisi təyin olunmuşdu.