...

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparırlar

İdman Materials 10 İyul 2019 09:20 (UTC +04:00)
Gürcüstanın Batumi şəhərində boks üzrə yeniyetmə və kadetlər arasında beynəlxalq turnir start götürüb.
Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparırlar

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində boks üzrə yeniyetmə və kadetlər arasında beynəlxalq turnir start götürüb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda Azərbaycanı Əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi ilə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin və “Qızıl Əlcək” idman klubunun yetirmələri təmsil edirlər. Yarışda 25 boksçumuz mübarizə aparır. Batumi turniri komandamız üçün kadetlər arasında keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.

Beynəlxalq turnir iyulun 11-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti