...

Azərbaycanlı gimnast Universiadada gümüş medal qazanıb

İdman Materials 13 İyul 2019 01:35 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb
Azərbaycanlı gimnast Universiadada gümüş medal qazanıb

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib.

Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425 xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb.

Gimnastımız həmçinin, mümkün 4 finalın hər birində finala vəsiqəni də təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti