...

Tamaşaçı: Səməd Məmmədli bizim fəxrimizdir!

İdman Materials 25 İyul 2019 14:56 (UTC +04:00)
"EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir.
Tamaşaçı: Səməd Məmmədli bizim fəxrimizdir!

Bakı. Cani Babayeva - Trend:

"EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir.

Bunu Trend-ə yarışları izləyən tamaşaçı Gülnarə Dəmirova deyib.

Tamaşaçı bildirib: "Gimnastımız Səməd Məmmədliyə azarkeşlik etməyə, dəstəkləmyə gəlmişəm. Oğlum da artıq 10 ildir idman gimnastikası ilə məşğul olur və Səmədlə eyni komandadadır. Səmədə uğurlar arzu edirəm, o, bizm fəxrimizdir. Çox məqsədyönlü idmançıdır, şadıq ki, o belə zirvələrə ucalır".

G.Dəmirovanın sözlərinə görə, həmişəki kimi bu dəfə də Milli Gimnastika Arenasında təşkil olunmuş yarışlar çox yüksək səviyyədə keçir.

Tamaşaçı əlavə edib: "Belə yarışlara baxmaq, müsbət enerji ilə yüklənmək çox xoşdur. Bütün idmançılara azarkeşlik edirik. Başqa komandaların idmançılarına da dəstək oluruq, alqışlayırıq. Axı, rəqiblər bizim uşaqlara çalışmaq, daha yüksək zirvələrə çatmaq üçün stimuldur".

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti