Bakı. Trend:
“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl karyerasını başa vurub.
Trend-in məlumatına görə, Türkiyə millisinin sabiq üzvü İstanbul klubundan ayrılmayıb. O, “Fənərbaxça”nın məşqçilər korpusunda yer alacaq. 37 yaşlı qolkiper üçün vida matçı da keçiriləcək.
Qeyd edək ki, 2002-ci ildən “Fənərbaxça”da çıxış edən Volkan 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb. O, 2004-2014-cü illərdə Türkiyə millisinin heyətində 63 oyun keçirib.