...

Məşhur futbolçu karyerasını başa vurub

İdman Materials 7 Sentyabr 2019 14:23 (UTC +04:00)
Kamerun millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Samuel Eto O karyerasını başa vurub.
Məşhur futbolçu karyerasını başa vurub

Bakı. Trend:

Kamerun millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Samuel Eto O karyerasını başa vurub.

Trend-in məlumatına görə, 38 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" hesabında yazıb.

Hücumçu karyerası ərzində İspaniyada "Real Madrid", "Malyorka", İtaliyada "İnter", "Sampdoriya", İngiltərədə isə "Everton" və "Çelsi"nin formasını geyinib. Son olaraq Qətərin eyniadlı komandasında çıxış edən oyunçu Türkiyədə "Antalyaspor" və "Konyaspor"un da şərəfini qoruyub.

Qeyd edək ki, Samuel Eto O Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur. O, 4 dəfə ilin ən yaxşı afrikalı oyunçusu (2003, 2004, 2005, 2010) seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti