...

Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib olub

İdman Materials 4 Oktyabr 2019 18:45 (UTC +04:00)
Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub.
Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib olub

Bakı. Trend:

Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub.

Trend-in məlumatına görə, oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən turnirin finalında çinli Liren Dinqi məğlub edib.

Qrossmeysterlər finalda 10 görüş keçiriblər. Şahmatçılar arasında dörd klassik partiya oynanılıb. Klassik partiyanın birinci görüşündə zəka ustaları xalları yarı bölüblər. İkinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada 45-ci gedişdə rəqibini məğlub edib. Şahmatçıların dördüncü görüşündə də heç-heçə qeydə alınıb - 2:2.

Finalda qalib müəyyənləşmədiyi üçün oktyabrın 4-də tay-breyk qarşılaşmaları oynanılıb. Tay-breyk çərçivəsində dörd rapid yarışında da qalib müəyyənləşməyib - 2:2. Bilts partiyasında isə ardıcıl iki görüşdə qələbə qazanan T.Rəcəbov turnirin qalibi olub.

Beləliklə rəqibini 6:4 hesabı ilə məğlub edən T.Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti