...

Puerto-Riko milli komandasının məşqçisi: Milli Gimnastika Arenasında məşq etmək imkanından məmnunuq (FOTO)

İdman Materials 27 Noyabr 2019 15:03 (UTC +04:00)
Mən Milli Gimnastika Arenasında yaradılmış şəraitə heyranam
Puerto-Riko milli komandasının məşqçisi: Milli Gimnastika Arenasında məşq etmək imkanından məmnunuq (FOTO)

Bakı. Nərgiz Sadıxova, Cani Babayeva - Trend:

Mən Milli Gimnastika Arenasında yaradılmış şəraitə heyranam.

Bunu Trend-ə Puerto-Riko milli komandasının məşqçisi Esme Braun deyib.

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında məşq üçün möhtəşəm meydança var:

“Gimnastika Arenası inanılmaz dərəcədə gözəldir, iş prosesinin təşkili yüksək səviyyədədir. Hamı peşəkarlıqlar işləyir, müxtəlif qruplar məşq edə bilir”.

E.Braun burada məşq etmək imkanı təqdim olunmasından məmnun olduğunu bildirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Puerto-Riko milli komandasının təlim-məşq toplanışları keçirilir. Toplanışlarda 4 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti