...

Məşhur olimpiya çempionu vəfat edib

İdman Materials 15 Dekabr 2019 05:27 (UTC +04:00)

Bakı. Trend:

SSRİ yığma futbol komandasının oyunçusu, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarının qalibi Yuri Belyayev 86 yaşında vəfat edib.

Trend-in məlumatıma görə, Moskvanın Mərkəzi Ordu İdman Klubunun (ЦСКА) mətbuat xidmətinin xəbərində deyilir: "Bu gün Melburnda 1956-cı il Olimpiya Oyunlarının çempionu, Mərkəzi Ordu İdman Klubunun tərkibində 1955-ci il SSRİ Kubokunun qalibi Yuri İvanoviç Belyayev vəfat edib. Məşhur futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veririk".

Karyerası ərzində hücumçu kimi çıxış edən Belyayev Mərkəzi Ordu İdman Klubunun tərkibində üç dəfə SSRİ çempionatının bürünc mükafatçısı olub (ölkə çempionatlarında 111 oyun keçirib, 52 dəfə fərqlənib).

1991-ci ildə SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti