Bakı. Trend:
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend-in məlumatına görə, püşkatmaya əsasən bu komandalar üz-üzə gələcək:
"Borussiya" (Dortmund, Almaniya) - "Paris Sen-Jermen"lə (Fransa);
"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə);
"Atalanta" (Berqamo, İtaliya) - "Valensiya" (İspaniya);
"Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə);
"Çelsi" (London, İngiltərə) - "Bavariya" (Münhen, Almaniya);
"Lion" (Fransa) - "Yuventus" (Turin, İtaliya);
"Tottenhem" (London, İngiltərə) - "Leypsiq" (Almaniya);
"Napoli" (İtaliya) - "Barselona" (İspaniya).
Qeyd edək ki, 1/8 final mərhələsinin matçları 2020-ci fevralın 18-19, 25-26-da və martın 10-11, 17-18-də keçiriləcək.
Final matçı mayın 20-də İstanbulun Atatürk Olimpiya stadionunda baş tutacaq.