...

Badmintonçularımız "Turkey Open 2019" turnirində çıxış edir (FOTO)

İdman Materials 21 Dekabr 2019 07:05 (UTC +04:00)
Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Ezmi Qovimuramadhoni Türkiyənin Ankara şəhərində keçirilən "Turkey Open 2019" turnirində çıxış edir
Badmintonçularımız "Turkey Open 2019" turnirində çıxış edir (FOTO)

Bakı. Trend:

Azərbaycanın badminton üzrə milli komandasının üzvləri Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Ezmi Qovimuramadhoni Türkiyənin Ankara şəhərində keçirilən "Turkey Open 2019" turnirində çıxış edir.

Trend-in məlumatına görə, badmintonçularımızdan mübarizəyə təsnifat mərhələsindən başlayan Cahid Əlhəsənov ilk görüşündə Eret Murat Güngora 2:0 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Ukrayna təmsilçisi Qlib Beketova 0:2 hesabı ilə uduzub. Səbuhi Hüseynov isə təsnifat mərhələsinin ilk görüşündə Yusuf Yaşara 0:2 hesabı ilə məğlub olub.

Mübarizəyə əsas mərhələdən qoşulacaq Ezmi Qovimuramadhoni bu gün Macarıstan badmintonçusu Gergeli Krauszla qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti