...

"Liverpul"un hücumçusu Afrikanın 2019-cu ildə ən yaxşı futbolçusu seçilib

İdman Materials 8 Yanvar 2020 05:42 (UTC +04:00)
İngiltərənin "Liverpul" futbol klubunun seneqallı hücumçusu Sadio Mane Afrikanın 2019-cu ildə ən yaxşı futbolçusu seçilib
"Liverpul"un hücumçusu Afrikanın 2019-cu ildə ən yaxşı futbolçusu seçilib

Bakı. Trend:

İngiltərənin "Liverpul" futbol klubunun seneqallı hücumçusu Sadio Mane Afrikanın 2019-cu ildə ən yaxşı futbolçusu seçilib.

Trend-in məlumatına görə, S.Mane 2019-cu ildə UEFA Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının və UEFA Superkubokunun qalibi olub.

Seneqallı futbolçu 22 qolla misirli klub yoldaşı Məhəmməd Salah və "Arsenal" klubunun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq ilə birlikdə İngiltərə Premyer Liqasının bombardiri olub. Bütün turnirlər daxil olmaqla S.Mane 32 dəfə fərqlənib və 13 qolla nəticələnən pas verib.

Afrikanın ən yaxşı cavan oyunçusu adına "Real Madrid" klubuna məxsus olan və icarə əsasında "Borussiya Dortmund"da çıxış edən Əşrəf Hakimi layiq görülüb.

Bunda əlavə, Afrika Millətlər Kubokunun yarımfinal matçının 95-ci dəqiqəsində Əlcəzair futbolçusu Riyad Mahrezin (İngilətər, "Mançester Siti") Nigeriya yığmasına qarşı cərimə zərbəsindən vurduğu qol ilin ən yaxşı qolu seçilib.

ilin ən yaxşı məşqçisi adına Əlcəzairin baş məşqçisi Camel Belmadi layiq görülüb. Onu rəhbərliyi altında Əlcəzair yığması ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Afrikada ilin ən yaxşı qadın futbolçusu və məşqçisinin də adı açıqlanıb. Nigeriyalı Asisat Oşoala ilin ən yaxşı qadın futbolçusu, Cənubi Afrika Respublikasının təmsilçisi Dezire Ellis isə ən yaxşı məşqçi adına layiq görülüblər.

İlin simvolik yığmasında qapıçı - Andre Onana (Niderland, "Ayaks"), müdafiəçilər - Serj Orye (İngiltərə, "Totenhem"), Joel Matip (İngiltərə, "Liverpul"), Kalidu Kulibali (İtaliya, "Napoli"), Əşrəf Hakimi (Almaniya, "Borussiya Dortmund"), yarımmüdafiəçilər - İdrissa Geye (Fransa, "PSJ"), Hakim Ziyeş (Niderland, "Ayaks"), Riyad Mahrez (İngilətər, "Mançester Siti"), hücumçular - Sadio Mane (İngiltərə, "Liverpul"), Pyer-Emerik Obameyanq (İngiltərə, "Arsenal") və Məhəmməd Salah (İngiltərə, Liverpul) yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti