...

İki futbolçu milli komandadan kənarlaşdırıldı - Siqaret çəkdiyinə görə

İdman Materials 20 Yanvar 2020 14:36 (UTC +04:00)
Azərbaycanın 2 futbolçusu milli komandadan uzaqlaşdırılıb.
İki futbolçu milli komandadan kənarlaşdırıldı - Siqaret çəkdiyinə görə

Bakı. Trend:

Azərbaycanın 2 futbolçusu milli komandadan uzaqlaşdırılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Trend-ə bildirilib ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti